Xəzər Xəbər

Manatın dollar qarşısında vəziyyəti AÇIQLANDI

İqtisadiyyat | 1,109 | 14:18 • 22 Sentyabr 2021
Manatın dollar qarşısında vəziyyəti AÇIQLANDI

Azərbaycan manatı dollar qarşısında nisbətən sabit qalıb.

XəzərXəbər “oxu.az”a istinadən xəbər verir ki, bu Asiya İnkişaf Bankının (ADB) sentyabr ayında yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri - 2021” hesabatında öz əksini tapıb.

Bankın hesabatında inkişaf etməkdə olan Asiya iqtisadiyyatında məzənnə dəyişikliyi ilə bağlı göstəricilər barədə məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin aprel ayından etibarən Asiya bölgəsindəki valyutaların təxminən 70 faizi ABŞ dolları qarşısında zəifləyib.

Hesabatda Azərbaycan manatının 2021-ci ilin birinci rübündə, eləcə də aprel ayından sentyabr ayının əvvəlinə bölgə üzrə digər valyutalara nəzərən dollar qarşısında sabit qaldığı görünür. Xüsusilə, ilin birinci rübündə isə manatın dollar qarşısında möhkəmləndiyi öz əksini tapıb.

Xəbər lenti