Xəzər Xəbər

Yaşayış və qeyri-yaşayış sahəsini satan fiziki şəxslərin vergi öhdəlikləri

İqtisadiyyat | 22:13 • 16 Sentyabr 2021
Yaşayış və qeyri-yaşayış sahəsini satan fiziki şəxslərin vergi öhdəlikləri

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini satan fiziki şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.

Xezerxeber.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi öhdəlikləri barədə qaydaları izah edən iqtisadçı ekspert Radil Fətullayevin sözlərinə görə, fiziki şəxs mulkiyyətində olan və 3 ildən az müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsini (mənzili) təqdim etdikdə, həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə muəyyən edilmiş zonalar uzrə Vergi Məcəlləsində göstərilən əmsallar tətbiq etməklə hesablanan vergi alğı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur.

Fiziki şəxs mülkiyyətində olan qeyri-yaşayış sahəsini (obyekti) təqdim etdikdə isə həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsində göstərilən əmsallar və əlavə olaraq 1,5 əmsalı tətbiq edilərək hesablanan vergi alğı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur.

Ekspert qeyd edib ki, burada yaşayış sahəsində olduğu kimi 30 kvadratmetr güzəşti tətbiq olunmur. Həmçinin fiziki şəxsin həmin obyektdə qeydiyyat müddətinin də heç bir fərqi yoxdur. Yəni, fiziki şəxsin qeyri-yaşayış sahəsinə sahibolma və qeydiyyat müddəti 3 ildən çox olsa belə, yenə də sadələşdirilmiş vergi hesablanıb ödənilməlidir.

Xəbər lenti