Xəzər Xəbər

Vergi ödəyicilərinin sayı artıb - ölkədə iqtisadi aktivlik bərpa edilir

İqtisadiyyat | 11:38 • 5 Avqust 2021
Vergi ödəyicilərinin sayı artıb - ölkədə iqtisadi aktivlik bərpa edilir

2021-ci ilin 6 ayı ərzində aktiv vergi ödəyicilərinin sayı bu ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 min 401 nəfərə çatıb

Xezerxeber.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

Nazir bildirib ki, ölkədə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin sayının artması ilə müşayiət olunur: "Bu dövrdə ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31 min 738-ə, qeydiyyata alınan obyektlərin sayı isə 5,8% artaraq 176 min 794 nəfərə çatıb".

Xəbər lenti