Xəzər Xəbər

ABŞ Maliyyə Nazirliyindən xəbərdarlıq: Defolt təhdidi...

İqtisadiyyat | 13:02 • 24 İyul 2021
ABŞ Maliyyə Nazirliyindən xəbərdarlıq: Defolt təhdidi...

ABŞ maliyyə naziri Canet Yellen Konqresi defolt təhdidi barədə xəbərdar edib.

Yellen bu halda ölkə iqtisadiyyatına bərpası mümkün olmayan zərər vurulacağını bildirib. Onun sözlərinə görə, dövlət borcunun maksimal həddi 31 iyuldan sonra artırılmasa, defolt üçün şərait yarana bilər.

O, zəruri tədbirlər görülməyəcəyi təqdirdə 1 avqustda dövlət borcunun qanunvericiliklə müəyyənləşdirilmiş maksimal həddə çatacağını vurğulayıb.

“Hətta yalnız defolt təhdidi belə zamanında Amerika iqtisadiyyatına zərər vurub”, - deyə o bildirib./Axar.az 

Xəbər lenti