Bakı 31 ℃
Xəzər Xəbər
USD 1.7

Küləyin ziyan vurduğu avtomobillər... - Zərəri kim ödəməlidir?

İqtisadiyyat | 153 | 14:57 • 5 May 2021
Küləyin ziyan vurduğu avtomobillər... - Zərəri kim ödəməlidir?

Ötən gecədən Bakıda güclü külək müşahidə edilir. Adətən belə havalarda ağacların, dirəklərin aşdığını, ciddi ziyanların olduğunu görürük. Xüsusilə sürücülər bu ziyandan əziyyət çəkirlər. 

Maraqlıdır, maşını küləyə görə qırılan ağaclardan zərər görənlər nə etməlidirlər?
 
Nəqliyyat eksperti Eldəniz Cəfər Sfera.az-a açıqlamasında qeyd edib ki, belə küləkli havalarda sürücülər xüsusilə diqqətli olmalıdırlar:
 
"Magistral yol ilə hərəkət edənlər sürəti azaltmalı, yollarda daha diqqətli olmalıdırlar. Güclü külək yüksək sürətdə olan maşınlara daha çox təsir edə bilir. Bununla yanaşı, külək yol kənarındakı nişan və konstruksiyaları yola ata bilər. Sürət az olduqda belə təhlükədən sovuşmaq daha asandır.
 
Şəhər mərkəzində də eyni qaydalara riayət etmək lazımdır. Yaşlı ağacların, təmir-tikinti olan binaların qarşısında maşın saxlamaq məsləhət deyil. Yaxşı olardı ki,  vacib zərurət yoxdursa, Bakı sakinləri taksi v ictimai nəqliyyatdan istifadə etsinlər”.
 
Ekspert indi kasko sığortanın müxtəlif növlərinin olduğunu bildirib:
 
"Belə vəziyyətdə avtomobilə dəymiş ziyan sığorta tərəfindən ödənilir. Təəssüf ki, bu gün sığorta haqları yüksək olduğundan hamı kaskodan yararlana bilmir. Sığortanın bu növünün qiymətinin münasib olması məqsədəuyğun olardı. Kasko sığortası olmayan sürücülər təbii ki, ziyanı özü ödəyir.
Əgər hər hansı bir təmir olunan bina üzərindən düşən əşya maşını zədələyibsə, o zaman təmirə cavabdeh olan şirkət ziyanı ödəməlidir. Yaxud külək kiminsə eyvanından əşyanı salıb maşını zədələyibsə, mənzil sahibi ödəməlidir. Belə hallarda əgər maşın sahibinin kaskosu varsa, sığorta ödəyəcək. Sığorta yoxdursa, zərərvuran ödəməlidir”.
 
Xatırladaq ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludludur. Gündüz bəzi yerlərdə yağış müşahidə olunub. Gün ərzində güclü şimal-qərb küləyi əsməyə davam edəcək. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Ərdoğan Milli Məclisə gəlib
22 | 15:12 • 16 İyun 2021

Çox oxunanlar