Bakı 9 ℃
Xəzər Xəbər
USD 1.7

Nazirliklərin avtomobilləri satışa çıxarılır — 1000 manata maşın

İqtisadiyyat | 80 | 10:36 • 8 Aprel 2021
Nazirliklərin avtomobilləri satışa çıxarılır — 1000 manata maşın

11 may 2021-ci il tarixdə hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

XəzərXəbər xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, nəqliyyat vasitələri üzrə qiymətlər 1000 manatdan başlayır, 18 min manata qədər artır.

Siyahıda təqdim edilən bəzi nəqliyyat vasitələri təkrar hərraca çıxarılıb. Təkrar hərraca çıxarılan nəqliyyat vasitələrinin böyük qisminə 10, 25 və 50 faiz dəyərində endirim edilib.

Qeyd edək ki, sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında, yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,013 | 11:28 • 24 Mart 2021