Xəzər Xəbər

Fermerlər gübrənin dəyərini “Fermer Kartı” ilə ödəyə biləcəklər

İqtisadiyyat | 13:11 • 13 Mart 2021
Fermerlər gübrənin dəyərini “Fermer Kartı” ilə ödəyə biləcəklər

“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklərə əsasən, ayrılan subsidiya daxilində alınan gübrə və biohumusun dəyərinin 30 faizinin fermerlər tərəfindən nağd şəkildə ödənilməsi qaydası ləğv edilib.

Kənd Təsərrüfatı Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, bundan sonra fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə biləcəklər.

 

Xəbər lenti