Xəzər Xəbər

Azərbaycanda bir istehlakçının 1 ayda xərclədiyi vəsait açıqlanıb

İqtisadiyyat | 10:24 • 25 Fevral 2021
Azərbaycanda bir istehlakçının 1 ayda xərclədiyi vəsait açıqlanıb

Cari ilin yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 3,8 milyard manat olmaqla 2020-ci ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 8,2 faiz azalıb.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin yanvar ayı ilə müqayisədə 8 faiz azalaraq 3,7 milyard manata bərabər olub, onun 47,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Ay ərzində bir istehlakçı orta hesabla 382 manat və ya 2020-ci ilin yanvar ayının göstəricisindən nominal ifadədə 20,5 manat az vəsait xərcləyib.

Xəbər lenti