Xəzər Xəbər

Azərbaycanda problemli kreditlər azaldı

İqtisadiyyat | 16:10 • 25 Noyabr 2020
Azərbaycanda problemli kreditlər azaldı

Bu ilin oktyabr ayının 30-na Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 006,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 63 mln. manat və ya 5,9% azalıb.


Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 266,6 mln. manat və ya 20,9% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 378,4 mln. manat və ya 27,3% azalıb.


Qeyd edək ki, oktyabr ayının 30-na problemli kreditlərin cəmi kreditlərdə payı 6,8% təşkil edib. Bu, 2016-cı ilin mart ayından bəri ən aşağı göstəricidir. Bu göstərici sentyabrın 30-da 7,2%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 9,6% olub.


Xatırladaq ki, "Fitch Ratings" beynəlxalq agentliyi 2021-ci ildə Azərbaycanda problemli kreditlərin cəmi kreditlərdə payının 10% həddini aşacağını proqnozlaşdırır.

Xəbər lenti