Xəzər Xəbər

Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilib

İqtisadiyyat | 10:04 • 24 İyul 2019
Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilib

Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.

Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.

Xəbər lenti

Çox oxunanlar