Dörd ayda Azərbaycana 170 ölkədən 848,4 min və ya ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Xezerxeber.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın may sayına istinadla xəbər verir ki, yanvar-aprel aylarında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 375 milyon manat olub. Apreldə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 103 milyon manat təşkil edib.