Xəzər Xəbər

Türkiyənin noyabrda ixrac etdiyi məhsulların dəyəri 15 milyard dolları ötüb

İqtisadiyyat | 14:17 • 2 Dekabr 2018
Türkiyənin noyabrda ixrac etdiyi məhsulların dəyəri 15 milyard dolları ötüb

Türkiyə cari ilin noyabr ayında 15 milyard 532 milyon ABŞ dolları məbləğində məhsul ixrac edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ruhsar Pekcan məlumat verib.

Nazir bildirib ki, bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 9,49 faiz çoxdur. Onun sözlərinə görə, hazırda ölkədə 1 milyon 896 min şirkət fəaliyyət göstərir. Onların 99 mini bu il təsis olunub.

Xəbər lenti