Xəzər Xəbər

OPEC-in qlobal neft hasilatındakı payı 45 faizə çatacaq

İqtisadiyyat | 14:06 • 13 Noyabr 2018
OPEC-in qlobal neft hasilatındakı payı 45 faizə çatacaq

Qlobal neft istehsalının 2040-cı ildə sutkada 103 milyon 400 min barrelə çatacağı gözlənilir.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "World Energy Outlook 2018” hesabatında deyilir.

Hesabata görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qlobal neft hasilatındakı payı təxminən 45 faizə çatacaq.

Asiyanın payına düşən qlobal neft və qaz ticarətinin isə 2040-cı ilə qədər üçdəiki nisbətində artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda OPEC-in dünya neft istehsalındakı payı 33 faiz civarındadır.

Xəbər lenti

Çox oxunanlar