Fransanın "Total" neft şirkəti İranı tərk edib.
XəzərXəbər-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.
Nazir qeyd edib ki, "Total" rəsmi olaraq "Cənub Pars-11" yatağının işlənməsi üzrə müqavilədən çıxıb. Şirkətin müqavilədən çıxdığını elan etməsindən iki aydan çox vaxt keçib".
Onun sözlərinə görə, İran hazırda "Total"ın əvəzinə yeni şirkət axtarır.