Bakı-Dairəvi 1 avtomobil yolunda (Biləcəri-Bakı-Sumqayıt yol ayrıcında) yol nişanlarının və lövhələrin sökülməsi və Abşeron rayonu, Dalğa plazanın qarşısından Novxanı istiqamətinə üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.