Xəzər Xəbər

“Bakı Metropoliteni” 13 mln. manat ziyana düşüb

İqtisadiyyat | 14:55 • 28 İyun 2018
“Bakı Metropoliteni” 13 mln. manat ziyana düşüb

2018-ci il yanvarın 1-nə "Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri 2 mlrd. 299,315 mln. manat təşkil edib.

"APA-Economics” Cəmiyyətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1,55% azdır.

Ötən il qurumun uzunmüddətli aktivləri 2 mlrd. 221,112 mln. manat, qısamüddətli aktivləri isə 78,202 mln. manat olub.

"Bakı Metropoliteni”nin cəmi öhdəlikləri hesabat dövründə 12,2% azalaraq 56,652 mln. manat olub. QSC-nin uzunmüddətli öhdəlikləri 15,907 mln. manat, qısamüddətli öhdəlikləri isə 40,744 mln. manat təşkil edib.

2017-ci ildə "Bakı Metropoliteni”nin cəmi kapitalı 1,25% azalaraq 2 mlrd. 242,663 mln. manat, nizamnamə kapitalı isə 1,3% artaraq 2 mlrd. 614,402 mln. manat olub.

Qurum ötən ili 12,581 mln. manat xalis zərərlə başa vurub.

Xəbər lenti