Xəzər Xəbər

Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

İqtisadiyyat | 09:43 • 23 İyun 2018
Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, mayın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11815,8 milyon manat olub.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, ümumi kredit portfelinin 9516,4 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1708,8 milyon manat olub və ümumi kredit portfelinin 14,5 faizini təşkil edib.

Xəbər lenti