Türkiyənin milli valyutası ABŞ dolları
qarşısında ilk dəfə rekord həddə uzuclaşıb.
"Cumhuriyet"
qəzeti bildirir ki, 1 dolları artıq 5 türk lirəsinə dəyişmək
mümkdür.
Almaniyanın "Commerzbank"ının yaydığı hesabatda dolların 6 lirəyə qədər artacağı qeyd olunur.
"Dollarlarla psixoloji mübarizə başlayıb. İqtisadi deyil, psixoloji bir
mübarizədir. Buna görə nəyin necə baş verdiyini bilmirik. Dollar,
"Deutsche Bank"ın proqnozundan çox Türkiyə xalqının davranışına bağlı
yüksəlir və ya düşür. Dollar dünya və Türkiyə iqtisadiyyatından qopub və
psixoloji bir davranış var",-deyə iqtisadçı Güngör Uras mövcud
vəziyyəti dəyərləndirib.
Türkiyə baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ isə qeyd
edib ki, dollar bahalaşması seçkilərə heç bir təsir gstərməyəcək:
"Dollarla oynayaraq xalqın cibinə zərər verəcək nəticələr ortaya
qoyaraq, seçkilərin nəticələrini dəyişəcəyini düşünənlər yanılırlar".