Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülür, maddi-texniki baza gücləndirilir.
XəzərXəbər xəbər verir ki, aprel ayında Yük və Sərnişin Daşımaları İdarəsi
tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti
təşkilatlarının ünvanına 11 min tondan artıq müxtəlif təyinatlı yük
daşınıb.
Hesabat dövründə Ordubad-Şərur və Şərur-Culfa
istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 13 min
708, Naxçıvan-Məşhəd-Naxçıvan istiqaməti üzrə hərəkət edən beynəlxalq
sərnişin qatarı vasitəsi ilə 287 sərnişin daşınıb.