Xəzər Xəbər

Baytarlıq Xidmətinə yeni müavin təyin edilib

İqtisadiyyat | 15:57 • 8 May 2018
Baytarlıq Xidmətinə yeni müavin təyin edilib

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini vəzifəsinə yeni təyinat olub.

APA-nın xəbərinə görə, kənd təsərrüfatı naziri İnam Kərimovun müvafiq əmri ilə bu vəzifəyə Xudayət Həsənli təyin edilib.

DBNX-nın mətbuat katibi Yolçu Xanvəli faktı təsdiqləyib.

Qeyd edək ki, X. Həsənli Müəllif Hüquqları Agentliyi (MHA) hüquq şöbəsinin müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsi müdirinin müavini vəzifələrində çalışıb.

Xəbər lenti

Çox oxunanlar