Xəzər Xəbər

ABŞ-ın neft ehtiyatları artır

İqtisadiyyat | 10:38 • 31 Yanvar 2018
ABŞ-ın neft ehtiyatları artır

Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları artıb.

Xezerxeber.az məlumat verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları 3,22 milyon barrel artaraq 419,37 milyon barrel olub. Analitiklər ehtiyatların 1,4 milyon barrel azalacağını nəzərdə tuturdu. Əvvəlki həftə isə neft ehtiyatları 4,75 milyon barrel artmışdı. Beləliklə də, ABŞ-ın neft ehtiyatlarında son 9 həftədə ikinci dəfə artım olub.

ABŞ-dakı benzin ehtiyatları isə ötən həftə 2,6 milyon barrel artıb. Benzin ehtiyatlarının 1,8 milyon barrel artması gözlənilirdi. Əvvəlki həftə isə benzin ehtiyatları 1,7 milyon barrel artmışdı. Beləliklə də, benzin ehtiyatları son 12 həftədə 9-cu dəfə artım göstərib.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Xəbər lenti