Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu işə başlayacaq.
XəzərXəbər xəbər verir ki, sayca 48-ci olan forumun əsas mövzuları beynəlxalq
təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyatdır. Ümumilikdə isə hər
ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi
Forumu keçirilir.
Forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır.
Qeyd edək ki, iqtisadi forumda Azərbaycan Prezidenti İlham Əliyev
də iştirak edəcək. Azərbaycan lideri "Strateji proqnoz: Avrasiya”
sessiyasında çıxış edəcək. Sessiya yanvarın 23-də yerli vaxtla saat
17:00-da (Bakı vaxti ilə 20:00) başlayacaq.