Asiya İnkişaf Bankı bioenerji sahəsinin inkişafı üçün Azərbaycana 46 milyon dollar kredit ayırmağı planlaşdırır.
Bu barədə jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov
deyib.
O bildirib ki, bu layihələrin Ağcabədi, Oğuz və Samux
rayonlarında reallaşdırılması nəzərdə tutulur. Həmin vəsait layihələrin
90 faizini təmin edəcək. Qalan 10 faiz isə Azərbaycan hökuməti
tərəfindən maliyyələşdiriləcək.
"Hazırda bank bununla bağlı
texniki iqtisadi əsaslandırma sənədlərinin hazırlanmasını yekunlaşdırır.
Sənədlərə uyğun olaraq xüsusi bir tarif verildiyi halda bu bank
layihələrin maliyyələşməsinə öz razılığını bildirəcək”.