Xəzər Xəbər

Mərkəzi Bankın depozit hərracında tələb təklifi 6,3 dəfə üstələyib

İqtisadiyyat | 12:46 • 25 Sentyabr 2017
Mərkəzi Bankın depozit hərracında tələb təklifi 6,3 dəfə üstələyib

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit keçirilib.


Mərkəzi Bankdan xezerxeber.az-a verilən xəbərə görə, hərracda tələb 624,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da Mərkəzi Bankın depozit hərracında tələb təklifi 6,3 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 100 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Xəbər lenti

Çox oxunanlar