Xəzər Xəbər

Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

İqtisadiyyat | 18:06 • 19 İyun 2017
Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Kənd Təsərrüfatı Nazirliyinin "Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, audit yoxlaması zamanı Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.

Bununla əlaqədar "Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticələrinə dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib.

Xəbər lenti