Xəzər Xəbər

Bütün fikrimizi bu görüşə yönəltmişik Qurban Qurbanov

İdman | 20:43 • 13 Mart 2024
Bütün fikrimizi bu görüşə yönəltmişik

Bizim üçün çox vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından biri ilə qarşılaşacağıq.

Xezerxeber.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Avropa Liqasının 1/8 finalının cavab matçında “Bayer”in qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis cavab matçında diqqətli olmağın vacibliyini vurğulayıb:

“Diqqətli olmalıyıq. Bu stadionda yenidən oynamaq xoşdur. Bütün fikrimizi bu görüşə yönəltmişik. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq. 90 dəqiqə diqqətli olmalıyıq”.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Xəbər lenti