Xəzər Xəbər

“Bayer” – “Qarabağ” matçına getmək istəyənlərin nəzərinə!

İdman | 00:08 • 12 Mart 2024
“Bayer” – “Qarabağ” matçına getmək istəyənlərin

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) – “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) bu gün saat 22:00-dan etibarən iticket.az-da satışa çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Məlumata görə, biletin qiyməti 31 manat təşkil edir.

Qeyd edək ki, qarşılaşma martın 14-ü “BayArena”da keçiriləcək.

Xəbər lenti