Xəzər Xəbər

Stiv Bryus karyerasını başa vurub

İdman | 16:07 • 10 Yanvar 2023
Stiv Bryus karyerasını başa vurub

İngiltərəli məşqçi Stiv Bryus karyerasını başa vurub.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Altmış iki yaşlı mütəxəssisin sonuncu klubu “Vest Bromviç” olub. O, ötən il bu klubdan ayrılandan bəri işsiz idi.

Mütəxəssis məşqçilik karyerası dönəmində ancaq İngiltərədə çalışıb. O, müxtəlif vaxtlarda "Nyukasl", “Aston Villa”, “Kristal Pelas”, “Sanderlend”, “Hall Siti”, “Uiqan”, “Birmingem Siti” və “Şeffild Uensdey”, “Şeffild Yunayted” və “Haddersfild” kimi futbol klublarında baş məşqçi olub.

Xəbər lenti

Rusiyanın əhalisi azalıb
17:14 • 1 Fevral 2023