Xəzər Xəbər

Qaret Beyl karyerasını başa vurub

İdman | 09:54 • 10 Yanvar 2023
Qaret Beyl karyerasını başa vurub

Uels millisinin hücumçusu Qaret Beyl karyerasını başa vurub.

Xezerxeber.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

Otuz üç yaşlı uelslinin sonuncu klubu “Los-Anceles” olub.

Qeyd edək ki, Qaret Beyl karyerası ərzində İngiltərənin "Sauthempton" və "Tottenhem", həmçinin İspaniyanın "Real Madrid" komandalarında çıxış edib. O, “Real Madrid” klubunun heyətində 5 dəfə Çempionlar Liqasının, eyni zamanda 3 dəfə İspaniya çempionatının qalibi olub.

Uels yığmasının heyətində meydana çıxdığı 109 matçda 41 qola imza atıb.

Xəbər lenti

Rusiyanın əhalisi azalıb
17:14 • 1 Fevral 2023