Xəzər Xəbər

Şesni Messiyə 100 avro uduzdu

İdman | 11:50 • 1 Dekabr 2022
Şesni Messiyə 100 avro uduzdu

Ötən gün keçirilən Polşa - Argentina görüşündə qapıçı Voyçex Şesni ilə Lionel Messi mərc edib.

Bu barədə təcrübəli qapıçı açıqlamasında bildirib.

O deyib ki, argentinalı ulduzla hakimin penalti təyin etməyəcəyinə dair mərc edib: “Hakim VAR-a getdiyi zaman Messi ilə danışırdıq. Dedim ki, hakimin penalti təyin etməyəcəyinə 100 avrodan mərc edək. Amma mərci uduzdum. Ona pul verməyəcəm. Messinin artıq kifayət qədər pulu var”.

Xəbər lenti