Xəzər Xəbər

Xerardo Martino istefa verib

İdman | 10:37 • 1 Dekabr 2022
Xerardo Martino istefa verib

Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.

Xezerxeber.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Qətərdə keçirilən mundialın qrup mərhələsinin üçüncü turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu addımı atıb. Argentinalı baş məşqçi komandanın mərhələ adlaya bilməməsinə görə məsuliyyəti üzərinə götürüb. X.Martino 2019-cu ildən Meksika millisində işləyib.

Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə pley-off mərhələsinə yüksələ bilməyib.

Xəbər lenti