Xəzər Xəbər

Millətlər Liqası: İtaliya İngiltərəyə, Almaniya Macarıstan qarşı

İdman | 10:35 • 23 Sentyabr 2022
Millətlər Liqası: İtaliya İngiltərəyə, Almaniya Macarıstan qarşı

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V turun digər oyunları keçiriləcək.

XəzərXəbər xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma oynanılacaq.

 

 

A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı, İtaliya isə İngiltərəni qəbul edəcək. Bu qrupda yalnız britaniyalılar qrup lideri olmaq şansını itirib.

İngiltərə yığması İtaliyaya uduzacağı təqdirdə B Liqasına düşəcək. Macarlar qələbə sayəsində dördlər finalına vəsiqə əldə edə bilər. Bunun üçün İtaliyanın xal itirməsi lazımdır.

UEFA Millətlər Liqası
V tur
23 Sentyabr

A Liqası

3-cü qrup

22:45. Almaniya - Macarıstan
22:45. İtaliya - İngiltərə

Xal durumu: Macarıstan - 7, Almaniya - 6, İtaliya - 5, İngiltərə - 2

B Liqası

3-cü qrup

22:45. Bosniya və Herseqovina - Monteneqro
22:45. Finlandiya - Rumıniya

Xal durumu: Bosniya və Herseqovina - 8, Monteneqro - 7, Finlandiya - 4, Rumıniya - 3.

C Liqası

4-cü qrup

20:00. Gürcüstan - Şimali Makedoniya
22:45. Bolqarıstan - Cəbəllütariq

Xal durumu: Gürcüstan - 10, Şimali Makedoniya - 7, Bolqarıstan - 3, Cəbəllütariq - 1.

D Liqası

2-ci qrup

20:00. Estoniya - Malta

Xal durumu: Estoniya - 6, Malta - 6, San marino - 0.

Xəbər lenti