Xəzər Xəbər

Xəyanət üstünə xəyanət: Nara İkardidən ayrıldı

İdman | 13:10 • 23 Sentyabr 2022
Xəyanət üstünə xəyanət: Nara İkardidən ayrıldı

“Qalatasaray”ın futbolçusu Mauro İkardi həyat yoldaşı Vanda Naridən ayrılıb.

Ntvspor xəbər verir ki, bu barədə Nara sosial media hesabında açıqlama verib. O qeyd edib:

“Bunu yaşamaq mənim üçün çətindir. Lakin başverənləri və medianın iddialarını nəzərə alaraq bunu məndən eşitməyinizi istədim. Bu ayrılığın səbəbləri haqqında heçnə deməyəcəm”.

Qeyd edək ki, tərəflər bir neçə ay əvvəl də ayrılmışdı. Nara həyat yoldaşının onu aldatdığını deyərək, ayrıldığını elan etmişdi. Lakin Mauro İkardi sosial media hesabında Naradan üzr istəyəndən sonra tərəflər barışmışdı. “The Sun" nəşri isə Naranın da İkardiya onun mühafizəçisi ilə xəyanət etdiyi barədə məlumatlar yaymışdı./Metbuat.az

Xəbər lenti