Xəzər Xəbər

Futbolda İNANILMAZ YENİLİK - Bu sistem hər şeyi dəyişəcək VİDEO

İdman | 21:13 • 22 Sentyabr 2022
Futbolda İNANILMAZ YENİLİK - Bu sistem hər şeyi dəyişəcək

İspaniya millisinin baş məşqçisi Luis Enrike artıq məşqlərdə ratsiyadan istifadə edir.

Bu barədə İspaniya mənbələri məlumat yayıb. Məlumata görə, məşqçi göstərişləri futbolçulara ratsiya ilə verir. Futbolçu jiletə quraşdırılmış dinamik vasitəsilə məşqçinin səsini eşidir. Futbolçular səsi eşitsə də cavab verə bilmir. Çünki əlaqə birtərəflidir. Bu səs uca olmadığı üçün rəqib eşitmir.

Qeyd edək ki, bu üsul hələlik rəsmi oyunlarda tətbiq edilməyib. FİFA məsələ barədə araşdırmalar aparsa da, yekun nəticə yoxdur. Bu tətbiqdən Amerika futbolu liqasında (NFL) istifadə edilir./Metbuat.az

Xəbər lenti