Xəzər Xəbər

Depay: İngiltərədən aldığım iki təklifi rədd etdim

İdman | 18:40 • 22 Sentyabr 2022
Depay: İngiltərədən aldığım iki təklifi rədd etdim

Yayda "Barselona"dan ayrılacağı haqda xəbərlər dolaşmasına baxmayaraq, Kataloniya klubunu tərk etməyən Memfis Depay perspektivi ilə bağlı danışıb.

Niderlandlı hücumçu "Marca" qəzetinə danışıb və "Barselona"da qalmaq üçün İngiltərə komandalarından iki təklifi rədd etdiyini açıqlayıb:

"Barselona"da qalmağa qərar verdim və buna görə də İngiltərədən gələn iki yaxşı təklifi rədd etdim. Klubun uğurlarına töhfə verməyə tam sadiqəm və start "11-liy"ə düşmək üçün mübarizə aparacağam”.

Depayın "Barselona" ilə müqaviləsinin bitməsinə 1 il qalıb. O, ötən mövsüm 37 oyunda 13 qol vurub./Fanat.Az

Xəbər lenti

Çox oxunanlar