Xəzər Xəbər

Günün transfer xəbərləri: Asensio 4 top klubun hədəfində

İdman | 13:17 • 19 Sentyabr 2022
Günün transfer xəbərləri: Asensio 4 top klubun hədəfində

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Bernabeu Digital" saytı: "Klublar 2023-cü ildə azad agent olacaq Marko Asensio üçün sıraya girib.  "Mançester Yunayted", "Arsenal", "Liverpul" və "Yuventus" oyunçuya iddia edir".

David Ornşteyn, insayder: "Everton" Aleks İvobi ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb".

"Fichajes" nəşri: "Markus Reşford, Roberto Firmino və Leandro Trossard "Atletiko Madrid"in transfer hədəfindədir". 

"Transfer Tavern"saytı: "Vest Hem" transfer pəncərəsi açılanda yenidən "Torino"nun müdafiəçisi Ola Aini transfer etməyə çalışacaq". 

"Mundo Deportivo" nəşri: "Çağlar Söyüncü "Atletiko Madrid"ə keçməyə hazırlaşır". 

TMW saytı: "Milan" hələ də Hakim Ziyeşlə maraqlanır"./fanat.az

Xəbər lenti