Xəzər Xəbər

Yenilməz klublar siyahısı: "Qarabağ", "Real Madrid" ...

“Qarabağ” “Real Madrid”lə eyni siyahıda yer alıb
İdman | 15:14 • 19 Sentyabr 2022
Yenilməz klublar siyahısı: "Qarabağ", "Real Madrid" ...

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların adı açıqlanıb. 

XəzərXəbər xəbər verir ki, 15 klubun olduğu siyahıda "Qarabağ" da yer alıb.

Ağdam təmsilçisi Misli Premyer Liqasında keçirdiyi 6 oyunun hamısında meydanı qalib tərk edib. Komandanın 3-cü turda “Turan Tovuz”la matçı noyabrın 9-na təxirə salınıb.

“Böyük beşlik” ölkələrində yalnız “Real Madrid” İspaniya La Liqasındakı 6 oyunun hamısında qələbə qazanıb. 

Belçikada “Antverpen” (9), Şimali Makedoniyada “Struqa”, Portuqaliyada “Benfika” (7), Lüksemburqda “Düdelanj” (7), Macarıstanda “Ferentsvaroş” (6), Yunanıstanda “Panatinaikos” (5), Maltada “Birkirkara” və “Hamrun” (hər ikisi 4), Ukraynada “Dnepr-1” (3), San Marinoda “Pennarossa”, “Kosmos” və “Fiorita”, Andorrada isə “İnter Eskaldes” (2) çempionatdakı bütün oyunlarını qələbə ilə başa vurub.

Xəbər lenti