Xəzər Xəbər

Stadnik İslamiadanın ikiqat qalibi oldu

İdman | 19:36 • 10 Avqust 2022
Stadnik İslamiadanın ikiqat qalibi oldu

Qadın güləşçimiz Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub.

Konyada keçirilən V İslamiadada 50 kiloqram çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İmmaeva ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən Stadnik V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Bununla da qadın güləşçimiz ikinci dəfə İslamiadanın qalibi adına layiq görülüb.

Qeyd edək ki, Stadnik Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.

 

Xəbər lenti