Xəzər Xəbər

Superkubokun qalibi nə qədər qazanacaq?

İdman | 16:55 • 9 Avqust 2022
Superkubokun qalibi nə qədər qazanacaq?

Sabah Helsinki Olimpiya Stadionunda UEFA Superkubokunun finalı baş tutacaq.

Çempionlar Liqasının qalibi "Real Madrid" Avropa Liqasının son çempionu "Ayntraxt Frankfurt"la üz-üzə gələcək.

 

Superkubokun iştirakçılarının qazanacağı məbləğ müəyyənləşib. Hər iki komanda finalın iştirakçısı olmaqla, artıq 3,5 milyon avronu təmin edib. Titul qazanacaq komanda büdcəsinə daha bir milyon əlavə edəcək. 

Beləliklə, Superkubokun qalibi 4,5 milyon, finalçı 3,5 milyon avro qazanacaq. 

Qeyd edək ki, Parisdəki finalda "Liverpul"a qalib gələrək ÇL-i qazanan Madrid klubu ötən mövsüm avrokubokda yarışdan 70 milyon avro qazanıb. O, Klublararası Dünya Çempionatını qazanarsa, daha 5 milyon avro pul mükafatı əldə edə bilər.

Onu da əlavə edək ki, Karlo Ançelottinin komandası oynadığı yeddi Superkubok finalında dörd qələbə qazanıb və üç dəfə məğlub olub. Çempionlar Liqasında isə madridlilər çıxdığı 17 finalın 14-də qalib gəlib./fanat.az

Xəbər lenti