Xəzər Xəbər

"Mançester Yunayted" futbolçunun anası ilə danışacaq - Tranfer reallaşır

İdman | 17:40 • 9 Avqust 2022
"Mançester Yunayted" futbolçunun anası ilə danışacaq - Tranfer reallaşır

"Mançester Yunayted" "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo ilə müqavilə bağlamağa yaxındır.

Bu barədə son məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə İngiltərə nəhənginin 27 yaşlı fransalı futbolçunu transfer etməklə bağlı hər hansı çətinlik yaşamayacağını açıqlayıb. Xəbərə görə, Turin təmsilçisi Rabyonu satmağa hazırdır və bu transferin həyata keçməsi "qoca sinyora"nın da planlarına uyğundur. MY-nin şəxsi müqavilənin şərtlərini müəyyənləşdirmək üçün yaxın günlərdə futbolçunun anası və agenti olan Veronika ilə danışıqlara başlaycağı bildirilib.

Qeyd edək ki, Rabyonun "Yuventus"la olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq./fanat.az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar