Xəzər Xəbər

Almaniya nəhəngi Levandovskini "uşaq"la əvəz edir

İdman | 15:13 • 27 İyun 2022
Almaniya nəhəngi Levandovskini "uşaq"la əvəz edir

"Bayern Münhen" Robert Levandovskinin itkisi ilə barışıb.

Almaniya nəhəngi polşalı hücumçuya əvəzləyici də tapıb.

"Sport Bild"in iddiasına görə, münhenlilər heyətini "Reyms"in hücumçusu Uqo Ekitike ilə gücləndirəcək. 20 yaşlı Ekitike "Bayern" üçün üçün prioritet seçimdir. Onunla "Nyukasl", "Real Madrid" və PSJ də maraqlanır.

Ekitike 2021-ci ildən "Reyms"in əsas komandasındadır. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Ötən mövsüm o, klubun heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə verib./Fanat.Az

Xəbər lenti