Xəzər Xəbər

Vaqner Lav Azərbaycanın bu klubuna keçir - ən çox maaşı o alacaq

İdman | 11:09 • 28 İyun 2022
Vaqner Lav Azərbaycanın bu klubuna keçir - ən çox maaşı o alacaq

Braziliya millisinin sabiq üzvü Vaqner Lav karyerasını "Sabah" klubunda davam etdirəcək.

Bu barədə məlumatı "eurostavka.ru" portalı yayıb. 38 yaşlı hücumçu "tələbələr" ilə müqavilə imzalamaq üzrədir. O, Bakı klubuna keçsə, ölkəmizdə ən çox maaş alan futbolçu olacaq.

Qeyd edək ki, son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib./Offsideplus.az 

Xəbər lenti