Xəzər Xəbər

Günün transfer xəbərləri: Dibala "Real"a ?

İdman | 17:20 • 24 İyun 2022
Günün transfer xəbərləri: Dibala "Real"a ?

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. 

Mayk Veruey (De Telegraaf): "Ayaks" 21 yaşlı Coşua Zirkzeni transfer etməyi planlaşdırır. Futbolçunun transfer hüquqları "Bayern"ə məxsusdur, lakin o, ötən mövsümü icarə əsasında "Anderlext"də keçirib".

 

"Goal" saytı: “Tottenhem” Rişarlison üçün “Everton”a rəsmi təklif göndərib. Braziliyalı ulduz Çempionlar Liqasında oynamaq istəyir. Digər böyük komandalar  hücumçu ilə əlaqə saxlasalar da, London klubunun təklifi ən sərfəlisidir".

Canluka Di Martsiodan xəbərlər: "Tottenhem"in direktoru Fabio Paratiçi dünən İtaliyada olub.O, Brayan Gilin transferi ilə bağlı "Sampdoriya"nın, Co Rodonun keçidi ilə bağlı isə "Roma"nın rəhbərliyi ilə görüşüb".

"Fulhem" və "Nottingem Forest" "Yuventus"un futbolçusu Moyze Kini hədəfə alıb. Kin digər klublardan təklif gözləyəcək və sonra qərar verəcək".

"Fiorentina" "Atalanta"nın qapıçısı Pyerluici Qollini və "Torino"nun qolkiperi Van Milinkoviç-Saviçlə maraqlanır".

"Montsa" "İnter"in futbolçusu Stefano Sensinin icarəyə götürülməsi ilə bağlı Milan tərəfi ilə razılığa gəlib. Qalır oyunçunun qərarını gözləmək".

"Mattia Destro "Empoliyə" keçmək üçün bazar ertəsi tibbi müayinə olunacaq".

"Latsio" Marko Karnesekki üçün 15 milyon avro ödəməyi planlaşdırır. "Atalanta" isə 18 milyon avro tələb edir".

"Baş Məşqçi İvan Yuriç "Atalanta"nın futbolçusu Matteo Pessini "Torino"da görmək istəyir".

"L'Équipe" nəşri: "PSJ "Lans"ın vingeri Seku Fofana ilə əlaqə saxlayıb. Paris klubunun idman direktoru Luiş Kampuş, Fofananın komandaya lazım olan dinamikanı gətirəcəyinə əmindir. 27 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

“Nyukasl” və “Arsenal” da Fofana ilə maraqlandıqlarını bildiriblər.  PSJ-nin təklifi futbolçu üçün cəlbedicidir. Kilian Mbappe və atası Vilfrid Mbappe parislilərin Fofananı transfer etmək istədiyinə müsbət yanaşır. Fofana kluba yalnız əsas heyət oyunçusu olaraq gəlmək niyyətindədir. Əks təqdirdə, futbolçu digər təklifləri nəzərdən keçirəcək".

Fabritsioio Romano, insayder: "Bayern Münhen"in direktoru Hasan Salihamiciçin oğlu Nik Salihamiciç yaxın günlərdə MLS-in "Vankuver Uaytkaps" klubuna qoşulacaq".

"Tuttosport" nəşri: "Marko Asensio "Real Madrid"dən ayrılsa, İspaniya nəhəngi onun yerinə Paulo Dibalanı alacaq. "İnter" argentinalı hücumçunu heyətinə qatmaq üçün əsas namizəd olaraq qalır, lakin "qara-göylər" Paulonu almaq üçün bir neçə oyunçu ilə yolları ayırmalıdırlar".

Baş tumuş transfer xəbərləri: 

23 yaşlı yarımmüdafiəçi Jedson Fernandeş "Benfika"dan "Beşiktaş"a keçib.

Transfer məbləği 6 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

30 yaşlı qapıçı Nik Poup "Börnli"dən "Nyukasl"a keçib.

Transfer məbləği 10 milyon funt-sterlinq olan futbolçunun müqaviləsinin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub./fanat.az

Xəbər lenti