Xəzər Xəbər

“Bavariya”da Levandovskini superulduz əvəz edə bilər

İdman | 17:55 • 24 İyun 2022
“Bavariya”da Levandovskini superulduz əvəz edə bilər

Beşqat “Qızıl top” sahibi portuqaliyalı Kriştianu Ronaldo “Mançester Yunayted”dən “Bavariya”ya keçə bilər.

Münhen klubu 33 yaşlı hücumçu Robert Levandovskinin itkisini Ronaldunun alınması ilə kompensasiya etməyi düşünür.

Polşalı futbolçu bu yay “Bavariya”dan ayrılmaq istədiyini daha əvvəl bildirmişdi.

Portuqaliyalının kuboklar uğrunda mübarizədə layihənin “perspektivsizliyinə” görə “Mançester Yunayted”dən ayrılmağı düşündüyü barədə dünən İspaniya KİV-də məlumat yayılmışdı.

2021/2022 mövsümündə Ronaldo “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 24 qol vurub və üç məhsuldar ötürmə edib. “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı yeri tutub və Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Mənbə: Diario AS

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti