Xəzər Xəbər

"Barselona" fransalı futbolçunu transfer edir

İdman | 14:08 • 18 May 2022
"Barselona" fransalı futbolçunu transfer edir

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirəcək.

"Mundo Deportivo" xəbər verir ki, Kataloniya klubu "Sevilya"dan ayrılmaq istəyən Jül Kundeni transfer edəcək. Hətta Əndəlüs təmsilçisinin idman direktoru Fernando Navvaronun Xavi ilə münasibətlərinin yaxşı olması bu keçidi asanlaşdıra bilər.

23 yaşlı müdafiəçinin "Sevilya" ilə sözləşməsi 2024-də başa çatır.

Qeyd edək ki, Kunde 2019-cu ildə "Bordo"dan La Liqa klubuna keçib./Offsideplus.az 

Xəbər lenti

Çox oxunanlar