Xəzər Xəbər

Qrizmann "Atletiko"da qalmaq istəyir

İdman | 16:25 • 9 Yanvar 2022
Qrizmann "Atletiko"da qalmaq istəyir

"Atletiko"nun hücumçusu Anutan Qrizmann gələcəyi haqda danışıb.

İspaniya mətbuatı xəbər verir ki, o, Madrid təmsilçisində qalmaq istədiyini deyib: "Bundesliqaya keçmək barədə heç vaxt düşünməmişəm, çünki "Real Sosyedad"da rahat idim. "Atletiko"da isə özümü ən rahat və ən xoşbəxt hiss edirəm. Yenidən klubumu dəyişmək istəmirəm.

Ümid edirəm ki, nə qədər ki, oyunun tempini saxlaya bilsəm və tələblər səviyyəsinə cavab verə bilsəm, “Atletiko”nun mənə ehtiyacı olacaq və biz daha bir gözəl hekayə yaza bilərik”./Qol.az 

Xəbər lenti