Xəzər Xəbər

Burak Yılmaz son klubunu seçdi

İdman | 12:57 • 2 Dekabr 2021
Burak Yılmaz son klubunu seçdi

Türkiyə millisinin hücumçusu Burak Yılmaz formasını geyinəcəyi son klubu müəyyənləşdirib.
 
“Lill”in forvardı Super Liqa təmsilçisinə keçmək niyyətindədir.
 
36 yaşlı qolçu karyerasını “Adana Dəmirspor”un heyətində bitirməyi planlaşdırır. Atası adanalı olduğundan, bu komandaya böyük simpatiya bəsləyən Burak “mavi-şimşəklər”in formasını geyinmək arzusundadır. “Lill” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Burakın arzusunun gələn yay həyata keçməsi gözlənilir.
 
Qeyd edək ki, ötən mövsüm Fransa çempionu olan Burak Yılmaz cari mövsüm 18 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə verib. O, karyerası ərzində “Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray” və “Trabzonspor”un formasını geyinmiş tək-tük oyunçulardandır.

Xəbər lenti