Xəzər Xəbər

Türkiyə millisinin baş məşqçisi püşkü dəyərləndirdi

İdman | 10:00 • 27 Noyabr 2021
Türkiyə millisinin baş məşqçisi püşkü dəyərləndirdi

Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts DÇ-2022-nin pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Türkiyə mətbuatı xəbər verir ki, alman çalışdırıcı C yolunda Portuqaliyaya rəqib olmaları ilə bağlı belə danışıb: 

 

"Ən çətin yol C yolu idi, biz də oradayıq. Ancaq bu vəzifəyə təyin olunduğum vaxtdan gördüklərim mənə böyük ümid verir. Bura qədər gəldik, bundan sonra da nələr edə biləcəyimizi birlikdə görəcəyik".

Qeyd edək ki, Türkiyə Portuqaliyanı məğlub edəcəyi halda, İtaliya - Şimali Makedoniya cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti