Xəzər Xəbər

DÇ-2022: Pley-off matçlarının başlama saatı bilindi

İdman | 10:08 • 27 Noyabr 2021
DÇ-2022: Pley-off matçlarının başlama saatı bilindi

DÇ-2022-nin Avropa zonası üzrə pley-off oyunlarının başlama saatları bəlli olub.

Türkiyə millisi C yolunda Portuqaliya ilə yarımfinal görüşünü səfərdə keçirəcək. 2022-ci il martın 29-da baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Bu matçın qalibi İtaliya - Şimali Makedoniya oyununun qalibi ilə 29 mart saat 22:45-də öz meydanında - finalda qarşılaşacaq.

DÇ-2022, pley-off mərhələsi
Yarımfinal
24 mart

A yolu
23:45. Şotlandiya - Ukrayna
23:45. Uels - Avstriya

B yolu
21:00. Rusiya - Polşa
23:45. İsveç - Çexiya

C yolu
23:45. İtaliya - Şimali Makedoniya
23:45. Portuqaliya - Türkiyə

Final
29 mart
A yolu
22:45. Uels / Avstriya - Şotlandiya / Ukrayna

B yolu
22:45. Rusiya / Polşa - İsveç / Çexiya

C yolu
22:45. Portuqaliya / Türkiyə - İtaliya / Şimali Makedoniya

Martın sonuncu bazar günündə Avropada saat dəyişikliyi baş verəcəyindən, yarımfinal və final matçlarının Bakı vaxtı ilə başlama saatları fərqli göstərilib.

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq.

Xəbər lenti