Xəzər Xəbər

Serxio Aquero karyerasını başa vurur

İdman | 16:47 • 21 Noyabr 2021
Serxio Aquero karyerasını başa vurur

Argentina millisinin və İspaniya "Barselona"sının futbolçusu Serxio Aqueronun karyerasını başa vuracağı dəqiqləşib.

Bu barədə 33 yaşlı hücumçunun sabiq komanda yoldaşı Samir Nəsri "Canal+"a açıqlama verib.

Fransalı veteran yarımmüdafiəçinin sözlərinə görə, Aquero bununla bağlı onu məlumatlandırıb: "Serxio ilə yenicə əlaqə saxlamışam. Təəssüf ki, xəbər təsdiqləndi. Mən çox kədərlənirəm, çünki o, tanınmış oyunçu olmaqla yanaşı, həm də yaxşı oğlandır. Təəssüf ki, bu, Aqueronun seçimi deyil, məcburi atılan addımdır".

Nəsri və Aquero İngiltərənin "Mançester Siti" klubunda komanda yoldaşı olublar.

Qeyd edək ki, Serxio Aquero ürəyində yaranan problemə görə futbolla vidalaşmağa hazırlaşır.

Xəbər lenti